You need to enable JavaScript to run this app.

Skip to main content

Sultanlık Piramiti

Acemi Üye
Sultanlık Piramiti
Seyyid Yəhya və Xəlvətilik

“Tərki-dünyalıqda məqsəd insanların şərindən qurtulmaq deyil. Tərki-dünyalıqda məqsəd insanları öz şərindən qurtarmaqdır”. Bu möhtəşəm sözlərin müəllifi məşhur xəlvətilik təriqətinin banisi Seyyid Yəhya Bakuvidir.
Azərbaycan türkləri dünya təsəvvüf tarixinə üç böyük təriqət bəxş edib. Bunlar hürufilik, xəlvətilik və səfəvilikdir. Bir daha vurğulayaq ki, bunlar sırf Azərbaycan təriqətləridir. Hürufiliyin banisi Şah Fəzlullah Nəimi, səfəviliyin banisi Şeyx Səfiəddin Ərdəbili, xəlvətiliyin banisi isə Yəhya Şirvanidir. Bu təriqətlərin üçü də tarixdə həm ictimai-siyasi, həm də fəlsəfi baxımdan zamanının ən önəmli hadisələrindən olub.
Azərbaycan türklərinin məfkurə və ruh dairəsi tarix boyu heyrətamiz mədəni və qlobal hadisələrin ortaya çıxmasına səbəb olub. O nəticələrdən biri də yuxarıda adını çəkdiyimiz xəlvətilik təriqətidir. Bu sufi təriqəti Bakıda, yəni Şirvanda yaranıb. Fəqət çox təəssüf ki, öz vətənindən başqa, qoca Şərqin bir çox ölkələrində bu gün də məşhur olan bu ruhani cərəyan elmi və nəzəri bilgilər baxımından möhtəşəm bir sistemə və özünəməxsus xüsusiyyətlərə malikdir.
Seyid Yəhya, 14. əsrin sonlarında Azərbaycanın Şamaxı vilayətində doğulmuşdur. Tam adı əs-Seyyid Cəmaləddin Yəhya b. əs-Seyyid Bəhaəddin Əş-Şirvani Əş-Şamaxi Əl-Bakuvidir.
"Bakuvi" deyə xatırlanması həyatının ən uzun və ən əhəmiyyətli dövrünü Bakıda keçirməsi, orada irşad fəaliyyətlərində olması və yenə orada vəfat etmiş olmasındadır.
Seyyid Yəhya uşaqlığında və gəncliyində həm fiziki həm də əxlaqi cəhətdən mükəmməl bir insandır. "Kamal və Camal” sahibi idi, fövqəladə zahiri gözəlliyə və təsirli bir çöhrəyə malik idi.
Yəhyanın yüksək bir təhsil aldığı şübhəsizdir. Əsərlərini Türkcənin yanında Farsca və Ərəbcə yazmış olması bu iki dilə də hakim olduğunu göstərməkdədir. Yenə əsərlərindən İslami elmləri xüsusi ilə təfsir, hədis və kəlam elmini mükəmməl bildiyi aydın olmaqdadır. Təhsilini Şamahıda tamamlamışdır. O dövrdə burada yaxşı təhsil verən mədrəsələr olduğu bilinməkdədir. "Şifau'l-Əsrar" adlı əsərində dörd müəlliminin adını vermişdir. Şəmsəddin Ahsıkəti, Hafizuddin əl-Gərdəri, Tacuddin və Qulbəddin əs-İlğımı. Bunlar o dövrdə Şirvanda Şamahı mədrəsəsində dərs keçən böyük alimlər olmuşdur. Seyid Yəhya bu müəllimlərindən Ərəbcə, Farsca, təfsir, hədis, kəlam, fiqh və digər elmlərdə dərslər almışdır.
Seyyid Yəhya, öz şeyxi Sədrəddin ilə daha gənc yaşlarında tanış olur. Bu tanışlıqda ən mühüm rolu, daha sonraları bacanağı olan pirzadə oynayar. Gördüyü bir yuxunun təsiri ilə pirzadəyə gedər. Onun dəlaləti ilə Şeyx Sədrəddin Hiyəvini ziyarət edər. Bu əsnada yuxusunda Hz. Məhəmməd peyğəmbərin işarə etdiyi şəxsin o olduğunu anlayaraq şeyxə bağlanıb onun müridi olar.
Mənkibə kitablarında izah edilənlərə görə, atası Bəhaəddin, oğulunun təriqətə girməsinə əvvəllər şiddətlə qarşı çıxmışdır. Bunun bəzi ictimai və ailəvi səbəbləri var idi. Atasının; "Oğlum, sufilərə və özünü bilməzlərə qoşuldun deyə xalq bizi qınayaraq dedi-qodu edir" (Hulvi,398) deməsi, o dövrdə sufilərə qarşı insanların qənaətinin göstərilməsi baxımından əhəmiyyətlidir. Demək ki, xalq o dövrdə sufilərə çox da müsbət baxmamaqdadır. Bu əslində çox çaşılacaq bir hal deyil. Çünki dərhal hər dövrdə sufilərə simpatiya ilə baxanlardan çox, tənqid və narahatlıq ilə yaxınlaşanlar daha çox olmuşdur. Bu hadisənin 15. Əsrin başlarında keçdiyi düşünülsə, Nəsiminin başından keçən o dəhşətli hadisənin insanların yaddaşında daha yeni olduğu da hesab edilməlidir.
Şeyx Sədrəddinin vəfatından sonra Seyyid Yəhya, Şamaxıdan ayrılıb Bakıya gəlmiş, burada vəfatına qədər qırx ildən çox yaşamış və Xəlvətiliği yaymışdır. Şamaxıdan ayrılıb Bakıya getməsinə səbəb olan hadisə; Sədrəddinin ölümündən sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtilafdır. Hər nə qədər Şeyx Sədrəddin, ölmədən əvvəl bağlılarını yığıb Seyyid Yəhyanı yerinə təyin etdiyini, ona itaət etmələrini tövsiyə etmişsə də vəfatından sonra Pirzadə şeyxin yerinə səccadəyə oturmuşdur. Buna görə Seyyid Yəhya da Bakıya köç etmişdir.
Seyyid Yəhyanın Bakıya köç etdiyi zamanlarda Şirvan hakimiyyətində Xəlilullah Xan idi. Yəhya Bakıya gəlincə burada Xəlilullah Xanın da köməyi ilə Xəlvətiliyin ilk dərgahını açmışdır. Bakıdakı hanəgahın inşasında Xəlilullah Xanın köməyi olduğunu, Seyidin qəbiri ətrafında onun tərəfindən tikilən məscid, türbə və digər strukturlardan anlamaq olar. Qaynaqlar Xəlilullah xanın ona böyük hörmət və müavinət göstərdiyini qeyd edir.Xəlilullah xan ilə aralarındakı münasibətin dərəcəsini göstərənlərdən biri də "Kəşfu'l Qülub" adlı əsərini Xəlilullah xana ithaf etməsidir. (Kəşf əl qülub, 1b).
Seyid Yəhyanın qaynaqlarda iyirmi minə yaxın müridi olduğu, onlardan 360 nəfərinin isə xilafət aldığı bildirilməkdədir. Bunlardan ən qabaqda gələnləri; Pir Bəhaəddin Ərzincani, Baba Ömər Rövşəni, Həbib Qurumani, Pir Şükrullah, Əlaəddin Rumi, Ziyaəddin Yusif Müskuri, Seyyid Əhməd Sünnətidir.
Xəlvətiyyə təriqəti Seyyid Yəhyanın vasitəsilə sistemli bir hala gəlmişdir. O, bu təriqətdə ilk dəfə bu qədər çox əsər verən şəxsiyyətdir. O, təriqətini yalnız xəlifələri vasitəsiylə yaymaqla qalmamış, eyni zamanda yazdığı əsərlərlə Xəlvətiyyənin prinsiplərini və fəlsəfəsini ortaya qoymuşdur. Beləcə bu təriqətin düşüncə sistemi və üsulları günümüzə qədər gələ bilmişdir.
Onun elmi səviyyəsinin yüksəkliyinə yazdığı əsərləri şahiddir. O, "Bu fəqir, bir çox kimsədən soruşub, bir çox təfsirlər də oxuyub." deyə ifadə etdiyi kimi dövrünün böyük bir alimi idi.
Onun, müridlərinin gündəlik olaraq oxumaları üçün ərəb dilində tərtib etdiyi "Virdü Səttar" adlı əsəri, ərəb dili sahəsində dövründə yazılmış ən gözəl əsərlərin başında gəlir. Əsər nəşr olduğu halda bir şeir kimi axıcı və qafiyəlidir. Bu səbəbdən müsəlmanlar tərəfindən "ən çox oxunan və üzərinə ən çox şərh yazılan vird" ünvanını almışdır.
Seyid Yəhya hicri 868, miladi 1464-cü ildə Bakıda vəfat etmişdir. Vəfatı Xəlilullah xanın vəfatında doqquz ay sonradır. Özünə uzun ömür üçün dua edənlərə "Siz Xəlilullah xana dua edin, çünki mənim ömrüm onun ömrünə bağlıdır " deyərək. Vəfatını xəbər vermişdir.


Aşk,Eğitim,Hizmet.
Bunu ilk beğenen sen ol.
Son Düzenleme: 18-05-2011, Saat:12:31 PM, Düzenleyen: Givaz.
~aşk lâyezâlî~
RE: Sultanlık Piramiti
eline emeğine sağlık abi maşallah bayağı uzun paylaşımların varRolleyes
Askim ümitvar olunuz:şu istikbal inkılabı içinde en yüksek gür sada islamın sadası olacaktır...

Bunu ilk beğenen sen ol.

İçerik sağlayıcı paylaşım sitesi olarak hizmet veren İslami Forum sitemizde 5651 sayılı kanunun 8. maddesine ve T.C.K'nın 125. maddesine göre tüm üyelerimiz yaptıkları paylaşımlardan kendileri sorumludur. Sitemiz hakkında yapılacak tüm hukuksal şikayetleri bağlantısından bize ulaşıldıktan en geç 3 (üç) gün içerisinde ilgili kanunlar ve yönetmenlikler çerçevesinde tarafımızca incelenerek, gereken işlemler yapılacak ve site yöneticilerimiz tarafından bilgi verilecektir.