You need to enable JavaScript to run this app.

Skip to main content

Rasulullah ve Onun Sünneti

Rasulullah ve Onun Sünneti

Acemi Üye
Rasulullah ve Onun Sünneti
Rəsulullahı sevirik, Onun sünnətini də sevirik… Ancaq, Onu və sünnətini nə qədər və nə dərəcə doğru dəyərləndirə bilirik, əcəba bunun barəsində düşündükmu?
İslam dini mənsublarının mənsub olduqları müxtəlif firqələr bir sıra etiqadlara və bu etiqadların təşkil etdiyi qayda-qanunlara və məfhumlara əsaslanır ki, bu etiqadlar (iman prinsibləri) hamının qəbul etdiyi Qurana, Sunnəyə və əqli əsaslara dayanmalı, açıq və qəti dəlillərlə sübuta yetirilməlidir. Yalnız bu yolla möminlər başqalarını da özlərinin inandıqları şeylərə dəvət və bir daha onlarda bu yüksək hissin formalaşmasını təmin edə bilərlər. Bildiyimiz kimi Rasulullahdan varid olan bir hədisi şərifdə buyurulmuşdur ki; “Mənim ümmətim 73 firqəyə bölünəcək, onlardan yalnız biri firqeyi naciyədir (nicat tapmış firqədir).” Bu firqələrdən bəziləri zamanımızdan silinib getmiş, bəziləri isə hələdə; “Rasulullahdan sonra, onun haqq yolundan sapmamaqdan ötrü, Qurani Kərimin təvil və təfsiri üçün kimlərə müraciət etmək və kimlərə itaət etmək” barəsində yaranmış fikir ayrılıqlarlarına görə ixtilafları davam etməkdədirlər. Bu məzhəb etiqad edirlər ki, Varisi Həqiqilər dünyaya gəldiyi vaxtdan, vəfat etdikləri günədək istər açıq-aydın olsun, istərsə gizli, istər qəstlə işlənmiş olsun, istər səhvən bütün günahlardan pak və məsum olmalıdırlar. Məlum məsələdir ki, adi insanların bu cür şəxsiyyətləri tanımalarında aciz olduqları üçün, beləki qəlbləri onların deyil, məhz Allahu Təalanın bildiyi üçün elə Allahu Təala seçə bilər. Adi insanların “Haqqın nişanəsi” olmadan bu cür şəxsiyyətləri seçmək haqları yoxdur, zira tanımazlar.
Aşk,Eğitim,Hizmet.
Bunu ilk beğenen sen ol.
Acemi Üye
RE: Rasulullah ve Onun Sünneti
“...və sənin rəbbindir ki, istədiyini yaradar, istədiyini seçər. Onların seçmə haqqı yoxdur.” (Qəsəs 68)
"...Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda O, necə bizə Padşah ola bilər?”-deyə cavab verdilər. Peyğəmbər onlara dedi: Allah sizdən ötrü onu SEÇMİŞ, ELM VƏ BƏDƏNCƏ ona üstünlük vermişdir. Allah öz mülkünü istədiyinə verər. Allahın Qüdərti genişdir. Allah hər şeyi biləndir." (Bakara:247)
Bu məzhəbə görə yalnız Allahu Təala tərəfindən seçilə bilən bu şəxslər Əhli Beytin 12 İmamıdır. İndi isə baxaq. Görək həqiqətən burda Quran və Sünnəyə zid bir şey varmı? Bu əqli baxımdan mümkündürmü? Və yaxud bu cür etiqad islama zərər yetirirmi? Ya da Peyğəmbər və İmamın qədir qiymətini azaldırmı?!
Aşk,Eğitim,Hizmet.
Bunu ilk beğenen sen ol.
Acemi Üye
RE: Rasulullah ve Onun Sünneti
Anlaya bimediklerinizi sora bilirsiniz.
Ben sizin türkçenizi hem de eski türkçenizi iyi anlıyorum, amma siz benim türkçemi niçin anlayamadlğnızı anlamıyorum.
Rolleyes
Aşk,Eğitim,Hizmet.
Bunu ilk beğenen sen ol.
Acemi Üye
RE: Rasulullah ve Onun Sünneti
Hər nə ki, bu kitabdan sənə vəhy etdik Haqdır və özündən əvvəlki kitabları təsdiq edir... Sonra isə bəndələlrimizdən seçdiklərimizə kitabı miras verdik...ki, həmin kitaba uyğun hökm versinlər, beləki, hakimləriniz sapıqlardan olmasınlar." (Fatir:31-32; Maidə:44-45-46.)

"Sonra isə seçdiklərimizə kitabı miras qoyduq."
Aşk,Eğitim,Hizmet.
Bunu ilk beğenen sen ol.
Acemi Üye
RE: Rasulullah ve Onun Sünneti
"Sonra isə seçdiklərimizə kitabı miras qoyduq."

Həmd olsun O Allaha ki, həqiqət axtarışında olanlara, həqiqətin yalnız seçdiyi şəxslərdə olduğunu bu nişan və bəyan ilə bildirdi. Rəsulullahda (s.) Allahu Təalanın əmri ilə bu mirasa varis olanların kimlər olduğunu məşhur "2 əmanət" hədisi ilə Səhabələrinə tanıdaraq, onları vəsiyyət etdi. Bu hədis Müsnəd və Səhihlərdə 30-dan çox Səhabədən nəql edilib.
"Məndən sonra sizə 2 əmanət buraxiram. BUNLARA YAPIŞSANIZ ƏSLA YOLDAN SAPMAZSINIZ. Birisi ikincisindən daha böyükdür. Biri Allahu təalanın Kitabı olan Qurandır ki, göydən yerəcən uzanmış sağlam ipdir. İkincisi Əhli-Beytimdir. Bunlarin ikisi bir-birindən ayrılmaz."
Dəlil gətirmək məqamında olduğuma görə bu hədisi nəql edərək, doğru olduğunu etiraf edən sünni alimlərinin adlarını qeyd etmək məcburiyyətindəyəm:
1.Müslim. "Səhih" (Kitabu fəzaili Əli ibni Əbu Talib.) c.7;s.122.
2.Tirmizi. "Səhih"c.5;s.328.
3.İmam Nəsai. "Əl-Xəsais" s.21.
4.İmam Əhməd bin Hambəl. "Müsnəd" c.3;s.17.
5.Hakim. "Müstədrik" c.3;s.109.
6."Kənzul-Ümmal" c.1;s.154.
7.İbni Əsir."Camiul Üsul" c.1;s.187.
8.İbni Əsakir. "Tarix" c.5;s.436.
9.İbni Kəsir. "Təfsir" c.4;s.113.
Aşk,Eğitim,Hizmet.
Bunu ilk beğenen sen ol.
Acemi Üye
RE: Rasulullah ve Onun Sünneti
Başardığım kadar kolay anlatıcam
Sayqı ve sevgilerle
Aşk,Eğitim,Hizmet.
Bunu ilk beğenen sen ol.
Profesör
RE: Rasulullah ve Onun Sünneti
anladıgım kadarı ıle;
"sunnetı ve kuranı en ıyı anlayan ve ınsanlara en ıyı anlatabılecek kısıler Allah ın sectıgı kısılerdır.bunlar sahabıler ehlıbeyt ve alımlerdır.ama gunumuzde bıze sunnetı ve kuranı onlar kadar ıyı anlatabılecek kımseler yoktur." demek ıstıyorsun genel olarakgülücük
.
Bunu ilk beğenen sen ol.
Acemi Üye
RE: Rasulullah ve Onun Sünneti
Məlum oldu ki, hz.Rəsulullah (s.) öz ümməti arasında isnad edəcəkləri və ətrafında toplaşacaqları bir əsas qoyub getmişdir. Bu əsaslara-Qurana və Əhli Beytə sarılmayanların həlak olacaqları hədisdə açıq aydın şəkildə göstərilir. Burada Quran və Əhli Beyt arasında olan əlaqəni izah etmək məqsədilə diqqətinizi bu səqaleyn hədisə cəlb etmək istəyirəm:
Əvvəla, əmanətdən gedir söhbət:
Nədir əmanət?
Niyə Rəsulullah (s.) bu iki şeyə dəyər verərək, əmanət olaraq qoydu bizə?
Bu əmanətə xəyanət nə ola bilər sizcə?
Əlbəttə ki, bunlar müşkül şübhələrə son qoymaq üçün cavab tələb edən çox mühüm suallardir.
Əmanət-o elə bir şeydir ki, sahibsiz olmaz, xəyanət isə məlum olan əmanətdən öz həvayi həvəsin müqabilində rəftar edib sahibin haqqına laqeyid yanaşmaqdır ki, bu da münafiqlikdir.
Evet möhtərəm Müsəlmanlar, Həqiqət yolundan-Rəsulullah(s.) yolundan ayrılmamaq üçün "2 əmanət" dən sarılmaq farzdır, çünki bu "2 əmanət", yəni Quran və Əhli Beytin özü onlara sarılanları əsla doğru yoldan azdırmazlar. Bunların əmanət olaraq qoyulmasının əsl səbəbi də məhz elə budur.
Bir daha fikir verin, bu səqaleyn hədis əhkam ve əqidə ilə əlaqədar məsələlərdə müraciət olunacaq mənbə kimi yalnız Quran və Əhli Beyti hesab edir. Məlum məsələdir ki, Rəsulullah (s.) yolunda olmaq, haq əqidə və həqiqi əhkam sahibi olmaq deməkdir. Deməli, Rəsulullah (s.) ..."bunlara uymayan mənim yolumdan ayrılar." deyərkən;

"Əhkam və əqidə ilə əlaqədar müraciət yeri Quran və Əhli Beytim (sizlərə qoyduğum 2 əmanət) olduğu təqdirdə Onlara uymayıb tərk edənlər, haq əqidə və həqiqi əhkam sahibi olmadıqlarına görə mənim Sünnətimdən ayrılarlar"demək istəmişdir.
Aşk,Eğitim,Hizmet.
Bunu ilk beğenen sen ol.

İçerik sağlayıcı paylaşım sitesi olarak hizmet veren İslami Forum sitemizde 5651 sayılı kanunun 8. maddesine ve T.C.K'nın 125. maddesine göre tüm üyelerimiz yaptıkları paylaşımlardan kendileri sorumludur. Sitemiz hakkında yapılacak tüm hukuksal şikayetleri bağlantısından bize ulaşıldıktan en geç 3 (üç) gün içerisinde ilgili kanunlar ve yönetmenlikler çerçevesinde tarafımızca incelenerek, gereken işlemler yapılacak ve site yöneticilerimiz tarafından bilgi verilecektir.